"Volkswagen" 15 milyard avroya yaxın mənfəət əldə edib

"Volkswagen" 15 milyard avroya yaxın mənfəət əldə edib Audi, Bugatti, Seat, Skoda və Porsche markaların daxil olduğu Alman avtomobil istehsalçısı Volkswagen Group cari ilin 9 ayının maliyyə hesabatını açıqlayıb.
Maliyyə
30 oktyabr 2019 12:06
Volkswagen 15 milyard avroya yaxın mənfəət əldə edib

"Audi", "Bugatti", "Seat", "Skoda" və "Porsche" markaların daxil olduğu Alman avtomobil istehsalçısı "Volkswagen Group" cari ilin 9 ayının maliyyə hesabatını açıqlayıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, şirkət cari ildə gəlirlərini keçən ilin eyni dövrü ilə müqayisədə 6,9% artıraraq 186,6 milyard dollara çatdırıb.

"Volkswagen"in bəzi xərclər istisna olmaqla mənfəəti 11,2% artaraq 14,8 milyard avro olub.

İdman avtomobillərinə və "Skoda" markasına tələbin artması və dizel qalmaqalı üçün az maliyyənin ayrılması şirkətin balans hesabatına müsbət təsir göstərib.

Şirkətin üçüncü rübdəki satış gəliri 61,4 milyard avro, mənfəəti isə bazar gözləntilərini üstələyərək 4,82 milyard avro olub.

Son xəbərlər

Orphus sistemi