Vitalik Buterin: "Kriptovalyutalar hər an sıfıra bərabər ola bilər"

Vitalik Buterin: "Kriptovalyutalar hər an sıfıra bərabər ola bilər" Kriptovalyuta bazarının kapitallaşması 500 mlrd. həddini ötüb
Maliyyə
19 Fevral , 2018 20:47
Vitalik Buterin: Kriptovalyutalar hər an sıfıra bərabər ola bilər

Bakı. 19 fevral. REPORT.AZ/ Kriptovalyuta bazarında yüksəliş bərpa olunsa da, əvvəlki kimi, eyforiya müşahidə edilmir.

"Report" "Forexpf.ru" saytına istinadən xəbər verir ki, bazarın məcmu kapitallaşmasını əks etdirən qrafikin texniki göstəriciləri də yüksəlişin davam etməyəcəyini göstərir.

"Kriptovalyutalar əvvəlki kimi, yeni və hipervolatil aktiv olmaqda davam edir. Onların qiyməti istənilən an sıfıra enə bilər", - kapitallaşmasına görə kriptovalyuta bazarında ikinci yerdə qərarlaşan "ethereum"un qurucusu Vitalik Buterin öz "Twitter" səhifəsində bildirib.

V.Buterinin açıqlamaları kriptovalyuta investorları arasında birmənalı qarşılanmayıb. Onlar V.Buterini bazarda arzuedilməz panika yaratmaq istəyi ilə ittiham ediblər.

Qeyd edək ki, bu dəqiqələrdə kriptovalyuta bazarı 500 mlrd. dollar kapitallaşma həddini, "bitcoin" isə 11 000 dollar səviyyəsini ötüb.

Son xəbərlər

Orphus sistemi