"Visa" Azərbaycana beynəlxalq ödəniş şirkətləri ilə əməkdaşlığa dəstək olacaq

"Visa" Azərbaycana beynəlxalq ödəniş şirkətləri ilə əməkdaşlığa dəstək olacaq Bunu “Visa”nın Qafqazdakı regional direktoru Kristina Doros deyib
Maliyyə
15 Aprel , 2021 14:37
Visa Azərbaycana beynəlxalq ödəniş şirkətləri ilə əməkdaşlığa dəstək olacaq
Kristina Doros

“Visa” bir beynəlxalq ödəmə texnologiyaları şirkəti olaraq Azərbaycanda yeni ödəniş xidmətlərinin istifadəyə verilməsi üçün lazımi şəraitin yaradılması naminə səy göstərir”.

Bunu “Report”un beynəlxalq ödəniş sistemlərinin ölkəmizdə tətbiq edilməsi perspektivləri ilə bağlı sorğusuna cavab olaraq “Visa”nın Qafqazdakı regional direktoru Kristina Doros deyib.

K.Dorosun sözlərinə görə, “Visa” üçün əsas istiqamətlərdən biri təmassız, o cümlədən tokenləşdirilmiş ödənişlərin inkişafı üçün bir infrastruktur yaratmaqdır:

“Hədəfimiz daha çox istehlakçı və ticarət-xidmət müəssisələri üçün təmassız ödənişləri əlçatan etməkdir. 2019-cu ilin sentyabr ayında Azərbaycanda “Visa Token Service”in istifadəyə verilməsi ölkədə smartfonlar və geyilə bilən cihazlar daxil olmaqla tokenləşdirilmiş əməliyyatların sürətli böyüməsi üçün başlanğıc nöqtəsi oldu.

Azərbaycanda biz maliyyə qurumları ilə sıx işləyirik və tərəfdaşlarımız buna hazır olduqda “Pays” ilə həllərə yol açmaq üçün onlara dəstək verməyə hazırıq”.

Qeyd edək ki, əvvəllər də “Visa” şirkəti Azərbaycanda “Paypal”, “Google Pay", “Apple Pay”, “Samsung Pay” kimi beynəlxalq ödəniş sistemlərinin fəaliyyəti üçün müəyyən dəstək göstərib.

Adıçəkilən ödəmə sistemlərindən yalnız “Paypal”ın ölkəmizdə birtərəfli fəaliyyəti mövcuddur. Yəni Azərbaycanda olan plastik kart istifadəçisi bu sistem vasitəsindən istifadə edərək ödəniş edə bilərlər. Amma geri ödəmə mümkün deyil.

Son xəbərlər

Orphus sistemi