“Viator Mikrokredit Azərbaycan” BOKT-un xalis mənfəəti 20 dəfə azalıb

“Viator Mikrokredit Azərbaycan” BOKT-un xalis mənfəəti 20 dəfə azalıb Kredit təşkilatı 2020-ci ili 164 min manat xalis mənfəətlə başa vurub
Maliyyə
16 Aprel , 2021 11:07
“Viator Mikrokredit Azərbaycan” BOKT-un xalis mənfəəti 20 dəfə azalıb

“Viator Mikrokredit Azərbaycan” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2020-ci ili 164 min manat xalis mənfəətlə başa vurub.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 95,1% və yaxud 20,4 dəfə azdır.

Ötən il “Viator Mikrokredit Azərbaycan”ın vergiyəqədərki mənfəəti 291 min manat (əvvəlki ilə nisbətən 11,6 dəfə az), mənfəət vergisi ödəmələri isə 127 min manat (4,9 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Viator Mikrokredit Azərbaycan”ın aktivləri 6,872 milyon manat olub ki, bu da illik müqayisədə 6,2% azdır. Bunun 5,962 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2020-ci ildə BOKT-un kredit portfeli 6,6% böyüyüb.

Hesabat dövründə “Viator Mikrokredit Azərbaycan”ın öhdəlikləri 20,4% azalaraq 2,398 milyon manata düşüb, balans kapitalı isə 3,9% artaraq 4,414 milyon manata çatıb.

Xatırladaq ki, “Viator Mikrokredit Azərbaycan” 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 694 min manatdır. BOKT-un təsisçisi Norveçin “Viator AS” missioner təşkilatıdır.

Son xəbərlər

Orphus sistemi