“Viator Mikro Kredit Azərbaycan”ın aktivləri 2 dəfə azalıb

“Viator Mikro Kredit Azərbaycan”ın aktivləri 2 dəfə azalıb Bakı. 2 iyun. REPORT.AZ/ “Viator Mikro Kredit Azərbaycan” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri bu il yanvarın 1-nə 8,964 mln....
Maliyyə
2 İyun , 2017 17:52
“Viator Mikro Kredit Azərbaycan”ın aktivləri 2 dəfə azalıb

Bakı. 2 iyun. REPORT.AZ/ “Viator Mikro Kredit Azərbaycan” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri bu il yanvarın 1-nə 8,964 mln. manat təşkil edib.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 51% azdır.

“Viator Mikro Kredit Azərbaycan”ın aktivlərinin 88,4%-ni və yaxud 7,92 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. 2016-cı ildə BOKT-un kredit portfeli 44% kiçilib.

Ötən il “Viator Mikro Kredit Azərbaycan”ın cəmi öhdəlikləri, o cümlədən cəlb etdiyi borclar 50% azalaraq müvafiq olaraq 6,956 mln. manat və 6,918 mln. manat, cəmi kapitalı isə 54,2% azalaraq 2,008 mln. manat olub.

2016-cı ildə BOKT-un faiz gəlirləri 3,944 mln. manat (2015-ci ilə nisbətən 30,3% az), faiz xərcləri 919 min manat (40,5% az), qeyri-faiz zərəri 79 min manat (8,2 dəfə az), qeyri-faiz xərcləri isə 1,785 mln. manat (36,8% az) təşkil edib. Son nəticədə maliyyə qurumunun xalis əməliyyat zərəri 1,161 mln. manat olub. Bu isə bir il əvvəllə müqayisədə 80,8% çoxdur.

“Viator Mikro Kredit Azərbaycan” 2016-cı ildə aktivlər üzrə ehtimal edilən zərərlər üçün ehtiyatların yaradılmasına 3,025 mln manat (2015-ci ilə nisbətən 26,5% az) ayırıb, zərərlə işləməsinə baxmayaraq 90 min manat (2015-ci illə müqayisədə 54,5% az) mənfəər vergisi ödəyib. Bununla da, BOKT ötən ili 2,374 mln. manat xalis zərərlə başa vurub. Bu isə əvvəlki ilə nisbətən 23,9% azdır.

Xatırladaq ki, “Viator Mikro Kredit Azərbaycan” 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 694 min manatdır. BOKT-un təsisçisi Norveçin “Viator AS” missioner təşkilatıdır. 

Son xəbərlər

Orphus sistemi