​Vergilər Nazirliyinin yaradılmasının 15 illiyinə həsr olunmuş tedbir keçirilib

​Vergilər Nazirliyinin yaradılmasının 15 illiyinə həsr olunmuş tedbir keçirilib Müşaviri Akif Musayev: "2003-cü ilə nisbətən büdcənın vergi daxılolmamalrı 7 mln.-dan 7 mlrd. manata qədər artıb"
Maliyyə
22 Yanvar , 2015 13:12
​Vergilər Nazirliyinin yaradılmasının 15 illiyinə həsr olunmuş tedbir keçirilib

Bakı. 22 yanvar. REPORT.AZ/ Bu gün Bakıda Vergilər Nazirliyinin yaranmasının 15 illiyi münasibəti ilə "15 ilin uğurları" mövzusunda dəyirmi masa keçirilib. "Report"un verdiyi məlumata görə, tədbiri giriş sözü ilə açan vergilər nazirinin müşaviri Akif Musayev bazar iqtisadiyyatında vergi sisteminin rolundan danışıb.

Onun sözlərinə görə, Azərbaycanın müstəqilliyinin ilk illərində vergi sahəsində durum bərbad olub: "Vergi inzibatçılığı və vergi qanunvericiliyi sahəsində problemlər var idi. Nəhayət, 1999-cu il fevralın 11-də Vergilər Nazirliyi yaradılıb".

Müşavirin sözlərinə görə, bu zaman bəzi vergilər ləğv edilib və 2001-ci ilin yanvarın 1-dən Vergi Məcəlləsinin qüvvəyə minməsi ilə vergi qanunvericiliyindəki pərakəndəlik aradan qalxıb: "Vergi inzibatçılığı və vergi idarələrinin say nisbətində Azərbaycan MDB və dünyada ön yerlərdən birində qərarlaşıb. 2003-cü ildən bəri büdcəyə vergi daxılolmamalrı 7 mln.-dan 7,112 mlrd. manata qədər artıb".

A.Musayev bildirib ki, bu gün 1,6 mln.-dan çox hesab-faktura elektron şəkildə köçürülür: "Təxminən, bir o qədər də hesabat elektron şəkildə verilir. Həmçinin, 1,5 mln.-dan çox kameral yoxlama elektron şəkildə aparılır. Hazırda dünyada təxminən 10 ölkə elektron audit yoxlamalarından istifadə edir ki, onlardan biri də Azərbaycandır".

Son xəbərlər

Orphus sistemi