Vergilər Nazirliyinin xətti ilə ​ötən il büdcəyə 7,118 mlrd. manatdan çox vəsait köçürülüb

Vergilər Nazirliyinin xətti ilə ​ötən il büdcəyə 7,118 mlrd. manatdan çox vəsait köçürülüb Bu, müvafiq illik proqnozdan 0,1% çoxdur
Maliyyə
8 Yanvar , 2016 14:34
Vergilər Nazirliyinin xətti ilə ​ötən il büdcəyə 7,118 mlrd. manatdan çox vəsait köçürülüb

Bakı. 8 yanvar. REPORT.AZ/ Ötən il ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 118,197 mln. manat həcmində vəsait daxil olub. Bu barədə "Report"a Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən məlumat verilib.

Məlumata görə, bu, müvafiq proqnoz tapşırığına 100,1% əməl edilməsi deməkdir.

Hesabat dövründə vergi orqanlarında 76 877 vergi ödəyicisi qeydiyyata alınıb.

Son xəbərlər

Orphus sistemi