Vergilər Nazirliyinin rəsmisi: "İqtisadi cəhətdən fəal olan 3 mln. nəfər hardadır?"

Vergilər Nazirliyinin rəsmisi: "İqtisadi cəhətdən fəal olan 3 mln. nəfər hardadır?" Ələkbər Məmmədov istənilən halda sabit verginin ödənilməli olduğunu bildirib
Maliyyə
102
27 Yanvar , 2017 13:03
Vergilər Nazirliyinin rəsmisi: İqtisadi cəhətdən fəal olan 3 mln. nəfər hardadır?

Bakı. 27 yanvar. REPORT.AZ/ "Hansısa musiqiçinin hər hansı ayda toyunun olub-olmamasından asılı olmayaraq o, sabit vergisini ödəməlidir". 

"Report" xəbər verir ki, bunu jurnalistlər və sabit vergi ödəyiciləri üçün keçirdiyi brifinqdə Vergilər Nazirliyinin departament direktoru Ələkbər Məmmədov bildirib. 

Onun sözlərinə görə, hazırda Azərbaycanda iqtisadi cəhətdən fəal əhalinin 2/3 hissəsi vergi ödəmir: "4,5 mln. iqtisadi fəal əhali var. Bunun 1,5 mln.-u əmək haqqından vergi ödəyir. Bəs qalanı hardadır? 3 mln. əhalinin yalnız bir hissəsi sabit vergi ödəyiciləridir. Onlar niyə vergi ödəməsin ki?"

Son xəbərlər

Orphus sistemi