Vergilər Nazirliyində yeni tvinninq layihəsi həyata keçiriləcək

Vergilər Nazirliyində yeni tvinninq layihəsi həyata keçiriləcək Azərbaycanda vergi əməkdaşlarının yarıdan çoxu işə müsabiqə yolu ilə qəbul edilib
Maliyyə
30 Noyabr , 2016 11:01
Vergilər Nazirliyində yeni tvinninq layihəsi həyata keçiriləcək

Bakı. 30 noyabr. REPORT.AZ/ Azərbaycanda 2005-ci ildən vergi orqanlarına işə qəbul müsabiqə yolu ilə həyata keçirilir və bu müddət ərzində 1 200 nəfərdən çox şəxs işə qəbul edilib. "Report" xəbər verir ki, bunu vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

S.Ələkbərovun sözlərinə görə, hazırda Nazirlik əməkdşlarının 50%-dən çoxu bu üsulla işə qəbul edilib.

Avropa İttifaqının Azərbaycandakı deleqasiyasının nümayəndəsi Jeron Uillems (Jeroen Willems) isə bildirib ki, Tvinninq Layihəsinin icrası müddətində 30 dövlət qurumu bu layihədən yararlanıb: "Əsasən də qadınların layihə çərçivəsində aktivliyi yüksəlib".

Fransa səfirinin müavini xanım Fabyen Droyt Lozinski isə deyib ki, gələn ildə ikinci Tvinninq Layihəsinə start veriləcək: "İspaniyanın müvafiq agentliyi ilə birlikdə biz Azərbaycanda ikinci Tvinninq Layihəsinin reallaşdırılmasına hazırıq".