Vergilər Nazirliyində departamentlər ləğv edilib, yeni baş idarə yaradılıb

Vergilər Nazirliyində departamentlər ləğv edilib, yeni baş idarə yaradılıb Vergilər Nazirliyində departamentlər ləğv edilib, yerində isə baş idarələr yaradılıb.
Maliyyə
24 İyul , 2019 17:03
Vergilər Nazirliyində departamentlər ləğv edilib, yeni baş idarə yaradılıb

Vergilər Nazirliyində departamentlər ləğv edilib, yerində isə baş idarələr yaradılıb. 

“Report” xəbər verir ki, bu dəyişikliklər Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamda qeydə alınıb.

Prezidentin sərəncamı ilə həmçinin yeni Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsi yaradılıb.

Beləliklə, sərəncamla “Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturu” aşağıdakı kimi təsdiqlənib:

1. Vergilər Nazirliyinin Aparatı (baş idarələr, idarələr, şöbələr və bölmələr).

2. Vergilər Nazirliyinin strukturuna daxil olan qurumlar:

2.1. Milli Gəlirlər Baş İdarəsi;

2.2. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi;

2.3. İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi;

2.4. Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsi;

2.5. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi;

2.6. Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarə;

2.7. Çağrı Mərkəzi (baş idarə səlahiyyətli);

2.8. yerli bölmələr (baş idarələr, idarələr və şöbələr).

Son xəbərlər

Orphus sistemi