Vergilər Nazirliyində Cənubi Koreyanın Azərbaycandakı səfiri ilə görüş keçirilib

Vergilər Nazirliyində Cənubi Koreyanın Azərbaycandakı səfiri ilə görüş keçirilib Nazir müavini Ilkin Vəliyev səfir Kim Çanq-gyunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Maliyyə
24 avqust 2017 12:00
Vergilər Nazirliyində Cənubi Koreyanın Azərbaycandakı səfiri ilə görüş keçirilib

Bakı. 24 avqust. REPORT.AZ/ Vergilər Nazirliyində, nazir müavini Ilkin Vəliyevin Cəbuni Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-gyunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü keçirilib.

“Report” nazirliyə istinadən xəbər verir ki, görüşdə nazir müavini iki ölkə arasında münasibətlərin və ikitərəfli əlaqələrin günü-gündən genişləndiyini qeyd edib.

O, Azərbaycanın vergi sistemi, iqtisadi sahədə, o cümlədən vergi orqanlarında həyata keçirilən islahatlar barədə qonaqlara ətraflı məlumat verib və bildirib ki, Azərbaycan regionun iqtisadi coğrafiyasında mühüm yer tutur, ölkədə xarici investisiyaların yatırımı üçün əlverişli şərait yaradılıb, investorlar üçün iqtisadiyyatın bir çox sektorlarında vergi güzəştləri mövcuddur. Azərbaycan Koreya şirkətlərinin ölkədə fəaliyyət göstərməsində maraqlıdır.

K.Çanq-gyu isə ölkələr arasındakı əlaqələrdən məmnunluğunu ifadə edib. Səfir Azərbaycanda gedən inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını qeyd edib, Cənubi Koreyanın Azərbaycanla ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayıb.

Görüşdə ölkələr arasında əməkdaşlığın sərmayə qoyuluşu, yüksək texnologiyalar, sənaye, kənd təsərrüfatı, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrlə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb, nazirliklə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Görüşdə KOICA-nın Azərbaycan ofisinin direktoru Choi Yeon Jae də iştirak edib.

Son xəbərlər

Orphus sistemi