​Vergilər Nazirliyinin xətti ilə büdcəyə daxilolmalar 5% azalıb

​Vergilər Nazirliyinin xətti ilə büdcəyə daxilolmalar 5% azalıb Azərbaycanın vergi orqanlarında bu il qeydiyyata alınan vergi ödəyicilərinin sayı isə 4% azalıb
Maliyyə
8 Oktyabr , 2015 10:18
​Vergilər Nazirliyinin xətti ilə büdcəyə daxilolmalar 5% azalıb

Bakı. 8 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 5 094 201,4 min manat vəsait daxil olub. Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən "Report"a verilən məlumata görə, proqnoz tapşırığına 100,5% əməl edilib.

Qeyd edək ki, ötən ilin analoji dövrü ilə müqayisədə Nazirliyin xətti ilə büdcə daxilolmaları 4,72% azalıb.

Məlumata görə, hesabat dövründə vergi orqanlarında 58 473 vergi ödəyicisi qeydiyyata alınıb, bu isə 2014-cü ilin ilk 9 ayına nisbətən 4,4% azdır.

Son xəbərlər

Orphus sistemi