​Vergilər Nazirliyi vəzifəli şəxslərin geyim formalarının alınması üçün tender elan edib

​Vergilər Nazirliyi vəzifəli şəxslərin geyim formalarının alınması üçün tender elan edib Tenderin şərtlərinə görə, mallar satınalma müqaviləsi imzalandığı gündən hissələrlə dekabrın 31-dək təqdim edilməlidir
Maliyyə
3129
9 İyul , 2016 13:05
​Vergilər Nazirliyi vəzifəli şəxslərin geyim formalarının alınması üçün tender elan edib

Bakı. 9 iyul. REPORT.AZ/ Vergilər Nazirliyi dövlət vergi orqanlarının tanınma nişanı, vəzifəli şəxslərin xüsusi geyim forması və fərqləndirmə nişanlarının alınması üçün açıq tender elan edib. 

"Report“ xəbər verir ki, iddiaçılar tenderdə iştirak etmək və əsas şərtlər toplusunu almaq üçün 500 manat məbləğində iştirak haqqını nazirliyin hesabına köçürməlidirlər.

Tender iştirakçıları satınalma təklifinin 3%-i həcmində təminatı və tender təklifini avqustun 19-u saat 18:00-a qədər nazirliyə təqdim etməlidirlər. Müsabiqə üçün təqdim edilmiş zərflər avqustun 22-də açılacaq.

Tenderin şərtlərinə görə, mallar satınalma müqaviləsi imzalandığı gündən hissələrlə dekabrın 31-dək təqdim edilməlidir.

Son xəbərlər

Orphus sistemi