Vergilər Nazirliyi “Ümumi Hesabatlılıq Standartları” mövzusunda seminar keçirib

Vergilər Nazirliyi “Ümumi Hesabatlılıq Standartları” mövzusunda seminar keçirib Bakı. 7 dekabr. REPORT.AZ/ Vergilər Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) və “KPMG Azərbaycan” şirkətinin iştirakı ilə banklar və maliyyə sektoru təşkilatları üçün “Ümumi Hesabatlılıq Standartları (CRS)” mövzusunda seminar keçirilib.
Maliyyə
7 Dekabr , 2017 20:47
Vergilər Nazirliyi “Ümumi Hesabatlılıq Standartları” mövzusunda seminar keçirib
Report

Bakı. 7 dekabr. REPORT.AZ/ Vergilər Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) və “KPMG Azərbaycan” şirkətinin iştirakı ilə banklar və maliyyə sektoru təşkilatları üçün “Ümumi Hesabatlılıq Standartları (CRS)” mövzusunda seminar keçirilib.

Bu barədə “Report”a Nazirliyin Media və Kommunikasiya Mərkəzindən məlumat verilib.

Seminarda bildirilib ki, Azərbaycan “Maliyyə hesabları barədə məlumatların avtomatik mübadiləsi haqqında səlahiyyətli orqanlar arasında Çoxtərəfli Razılaşma”ya qoşulub: “Həmin razılaşmaya əsasən, onu imzalayan dövlətlər vergitutma məqsədləri üçün xarici dövlətlərin rezidentləri olan fiziki və hüquqi şəxslərin maliyyə institutlarındakı hesabat verilməli hesabları barədə məlumatları toplamalı və həmin şəxslərin rezidenti olduqları dövlətlərlə avtomatik mübadiləni aparmalıdırlar. Bu məqsədlə həmin dövlətlərdə mübadilənin vahid prinsiplərini tənzimləyən Ümumi Hesabatlılıq Standartı (Common Reporting Standard – CRS) tətbiq edilməlidir”.

“Azərbaycan Respublikası maliyyə hesabları barədə məlumatların avtomatik mübadiləsi haqqında səlahiyyətli orqanlar arasında Çoxtərəfli Razılaşmaya qoşulmaq barədə Bəyanatı 2017-ci ilin iyunun 1-də imzalayıb. Həmin bəyanata əsasən, Azərbaycan Respublikası tərəfindən ilk mübadilənin 2018-ci ilin sentyabr ayında həyata keçirilməsi nəzərdə tutulur”, - Nazirliyin açıqlamasında deyilir.

Seminarda Ümumi Hesabatlılıq Standartları və onun əsas elementləri, CRS və FATCA arasındakı əsas fərqlər, CRS-nin Azərbaycandakı təbliği ilə bağlı Vergilər Nazirliyinin gördüyü işlər və bu istiqamətdə qarşıda duran vəzifələr müzakirə olunub. 

Son xəbərlər

Orphus sistemi