Bakı. 16 mart. REPORT.AZ/ Cari ilin yanvar-fevral ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 1 101,498 mln. manat həcmində vəsait daxil olub.
"Report"un Vergilər Nazirliyinə istinadən verdiyi xəbərə görə, bununla da müvafiq proqnoz tapşırığına 101,3% əməl edilib.
Ötən ilin analoji dövrü ilə müqayisədə Vergilər Nazirliyinin xətti ilə büdcə daxilolmaları 0,23% azalıb.