Vergilər naziri özünə yeni müşavir təyin edib

Vergilər naziri özünə yeni müşavir təyin edib Bu, Nazirliyin Vergi ödəyicilərinə xidmət Baş İdarəsinin rəisidir
Maliyyə
199
5 Dekabr , 2016 09:32
Vergilər naziri özünə yeni müşavir təyin edib

Bakı. 5 dekabr. REPORT.AZ/ Vergilər naziri Fazil Məmmədov özünə yeni müşavir təyin edib. “Report” xəbər verir ki, bununla da nazirin müşavirlərinin ümumi sayı 10-a çatıb.

Vergilər nazirinin yeni müşaviri Mahir Əhmədağa oğlu Rəfiyev təyin edilib. M.Rəfiyev bu vaxta qədər Vergilər Nazirliyi Vergi ödəyicilərinə xidmət Baş İdarəsinin rəisi vəzifəsində çalışıb.

Hazırda Vergi ödəyicilərinə xidmət Baş İdarəsinin rəisi vəzifəsinin icrası nazirin digər müşaviri - Ələkbər Məmmədova tapşırılıb. 

Son xəbərlər

Orphus sistemi