Vergilər Nazirliyi: Azərbaycanda vergidən yayınanlar barədə xəbər verənlərə mükafatlandırma mexanizmi yoxdur

Vergilər Nazirliyi: Azərbaycanda vergidən yayınanlar barədə xəbər verənlərə mükafatlandırma mexanizmi yoxdur Bakı. 25 dekabr. REPORT.AZ/ “Azərbaycan vergi qanunvericiliyində vergidən yayınmanın qarşısının alınması ilə bağlı məlumatların verilməsi zamanı hər hansı mükafatlandırma mexanizmləri yoxdur”. Report xəbər verir ki, bunu mətbuat konfransında Vergilər Nazirliyinin Vergi Siyasəti Departamentinin baş direktoru Samirə Musayeva deyib.
Maliyyə
1289
25 Dekabr , 2018 13:24
Vergilər Nazirliyi: Azərbaycanda vergidən yayınanlar barədə xəbər verənlərə mükafatlandırma mexanizmi yoxdur

Bakı. 25 dekabr. REPORT.AZ/ “Azərbaycan vergi qanunvericiliyində vergidən yayınmanın qarşısının alınması ilə bağlı məlumatların verilməsi zamanı hər hansı mükafatlandırma mexanizmləri yoxdur”. "Report" xəbər verir ki, bunu mətbuat konfransında Vergilər Nazirliyinin Vergi Siyasəti Departamentinin baş direktoru Samirə Musayeva deyib.

S.Musayevanın sözlərinə görə, belə bir mexanizm dünya təcrübəsində mövcuddur: "Hazırda da əgər vergi yayınması ilə bağlı mənbəyi bəlli məlumat daxil olarsa, vergi orqanları tərəfindən dərhal yerində yoxlamalar aparılır. Amma bunun üçün mükafatlandırılma mexanizmi yoxdur və mövcud qanunvericiliyə dəyişikliklərdə də nəzərdə tutulmur".

Qeyd edək ki, vergidən yayınma hallarının qarşısını almaq məqsədilə ictimai məlumatlandırma (“Whistleblow”) mexanizmi beynəlxalq təcrübədə geniş tətbiq olunur. “Whistleblow” (fit verən) pozuntular barədə dövlət qurumlarına və ya ictimaiyyətə məlumat vermə deməkdir. “Whistleblower” isə pozuntu barədə məlumat verən şəxs deməkdir. Bu şəxslər həm də “İnformator” adlanırlar.

Son xəbərlər

Orphus sistemi