Bakı. 6 yanvar. REPORT.AZ/ 2017-ci ildə Azərbaycan Banklar Assosiasiyasında (ABA) vergi qanunverciliyinə dəyişikliklərlə əlaqədar bankların qarşısında yaranmış yeni öhdəliklərin icrası mexanizminin işlənməsi ilə bağlı növbəti iclas keçirilib.
"Report"un ABA-ya istinadən verdiyi xəbərə görə, tədbirdə ABA-nın Ödəniş sistemləri və alternativ xidmət kanalları üzrə Ekspert Qrupunun üzvləri, Mərkəzi Bankın, prosessinq şirkətlərinin və bank sektorunun nümayəndələri iştirak ediblər.
İclas çərçivəsində vergi qanunvericiliyinin yeni tələblərinin icrası mexanizminin işlənməsi ilə əlaqədar məsələlər müzakirə edilib, MCC kodların qruplaşdırılmış siyahısının formalaşdırılması məqsədi ilə işçi qrupunun yaradılması qərara alınıb.