Venesuelada hiperinflyasiya 1 milyon faizə çata bilər

Venesuelada hiperinflyasiya 1 milyon faizə çata bilər Bakı. 24 iyul. REPORT.AZ/ Venesuelada inflyasiya 2018-ci ilin sonuna qədər 1 milyon faizə çata bilər.
Maliyyə
24 İyul , 2018 10:52
Venesuelada hiperinflyasiya 1 milyon faizə çata bilər

Bakı. 24 iyul. REPORT.AZ/ Venesuelada inflyasiya 2018-ci ilin sonuna qədər 1 milyon faizə çata bilər.

"Report" "Nacional"a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) Latın Amerikası üzrə baş iqtisadçısı Alexandro Vernera bildirib.

Onun sözlərinə görə, bu, Venesuelanı 1923-cü ilin Almaniyasına və ya 2000-ci illərin ilk onilliyinin sonlarındakı Zimbabveyə bənzədir.

Vernera, həmçinin ölkədə iqtisadi fəaliyyətdə kollaps, hiperinflyasiya yarana və əhalinin tədarükünün pisləşə biləcəyini düşünür. O qeyd edib ki, belə vəziyyət qonşu dövlətlərə miqrant axınının daha da artmasına səbəb olacaq. 

Son xəbərlər

Orphus sistemi