Venesuela İngiltərə Bankındakı qızılının satılmasını istəyir

Venesuela İngiltərə Bankındakı qızılının satılmasını istəyir Venesuela hökuməti koronavirus epidemiyasına qarşı mübarizə üçün vəsait əldə etmək məqsədilə İngiltərə Bankına müraciət edərək orada saxlanılan qızıl ehtiyatının bir hissəsini satıb əldə edilən vəsaiti BMT-yə köçürməyi istəyib.
Maliyyə
30 aprel 2020 16:12
Venesuela İngiltərə Bankındakı qızılının satılmasını istəyir

Venesuela hökuməti koronavirus epidemiyasına qarşı mübarizə üçün vəsait əldə etmək məqsədilə İngiltərə Bankına müraciət edərək orada saxlanılan qızıl ehtiyatının bir hissəsini satıb əldə edilən vəsaiti BMT-yə köçürməyi istəyib.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, BMT İnkişaf Proqramından (UNDP) da Venesuelada koronavirusa qarşı tədbirləri dəstəkləmək üçün ölkənin Mərkəzi Bankının xaricdəki ehtiyatlarından yararlanmaqla bağlı mövcud mexanizmləri arşdırmaq barədə bu yaxınlarda müraciət aldıqlarını bildiriblər.

Satılması nəzərdə tutulan qızılın miqdarı hələlik məlum olmasa da, Böyük Britaniyada Venesuelaya məxsus 1,7 milyard ABŞ dollarına yaxın dəyərdə 31 ton qızılın saxlanıldığı bildirilir. Lakin Böyük Britaniya Venesuelanın mövcud hökumətini tanımadığı üçün bu müraciətin yerinə yetiriləcəyi ağlabatan görünmür.

Bununla belə son 6 ildə iqtisadiyyatı 70 faizədək kiçilən, dünya bazarındakı mövcud vəziyyətdə neft ixracatı hesabına lazımi gəlir götürə bilməyən, üstəlik, ABŞ tərəfindən sanksiyalara məruz qalan Venesuela koronavirusa qarşı mübarizə üçün vəsait tapmaqda ciddi çətinliklər çəkir. Belə ki, son bir ayda Venesuelanın Mərkəzi Bankının ehtiyatlarından 8 tonadək qızıl çıxarılıb və hazırda orada 80 tona yaxın qızıl olduğu bildirilir.

Son xəbərlər

Orphus sistemi