Venesuela dövriyyəyə daha bir kriptovalyuta buraxmaq istəyir

Venesuela dövriyyəyə daha bir kriptovalyuta buraxmaq istəyir Bakı. 22 fevral. REPORT.AZ/Venesuela prezidenti Nikolas Maduro, dövriyyəyə daha bir kriptovalyutanın - qızıl petronun buraxılacağını bəyan edib. 
Maliyyə
22 Fevral , 2018 11:16
Venesuela dövriyyəyə daha bir kriptovalyuta buraxmaq istəyir

Bakı. 22 fevral. REPORT.AZ/Venesuela prezidenti Nikolas Maduro, dövriyyəyə daha bir kriptovalyutanın - qızıl petronun buraxılacağını bəyan edib. 

"Report", "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, dövlət başçısı emissiyanın gələn həftə baş tutacağını qeyd edib. 

"Qızıl petro sürprizimiz var. Bu, neft petrosu ilə eyni parametrlərə malik olacaq",- deyə prezident bildirib. 

Xatırladaq ki, Venesuelanın neftlə təmin edilmiş petro kriptovalyutasının emissiyası fevralın 20-də başlayıb və ilkin məlumatlara görə, satışlar 735 mln. ABŞ dollarına çatıb. Beləliklə, Venesuela arxasında neft, qızıl və brilliantın dayandığı ilk kriptovalyuta buraxan ölkə olub. Bu emissiya ölkədə dolların məzənnəsinin düşməsinə səbəb olub. Belə ki, bu il yanvarın 28-də qiyməti 267 min bolivara qədər yüksələn dollar, hazırda 232 min bolivara dəyişdirilir. 

Son xəbərlər

Orphus sistemi