Venesuela Böyük Britaniyadakı qızılını satdırmaq istəyir

Venesuela Böyük Britaniyadakı qızılını satdırmaq istəyir Venesuela Mərkəzi Bankı İngiltərə Bankındakı dəyəri 1 milyard ABŞ dollarına yaxın qızıl ehtiyatını satdırmaq üçün London məhkəməsinə müraciət edib.
Maliyyə
20 May , 2020 17:05
Venesuela Böyük Britaniyadakı qızılını satdırmaq istəyir

Venesuela Mərkəzi Bankı İngiltərə Bankındakı dəyəri 1 milyard ABŞ dollarına yaxın qızıl ehtiyatını satdırmaq üçün London məhkəməsinə müraciət edib. 

“Report” “Reuters” agentliyinə istinadən xəbər verir ki, qızılın satışından əldə olunacaq vəsaitin koronavirus (COVID-19) pandemiyası ilə mübarizəyə xərclənməsi nəzərdə tutulur. 

14 may tarixli iddiada Venesuelanın ərzaq, tibbi ləvazimat və dərman almaq üçün qızıl satışına təcili ehtiyacının olduğu vurğulanır. 

Xatırladaq ki, ötən ayın sonunda İngiltərə Bankı qızılı satmaq barədə göndərilən sorğunu qəbul etməmişdi. Venesueladakı Nikolas Maduro hakimiyyətini tanımayan Böyük Britaniya hökuməti 2018-ci ildən bu ölkəyə məxsus qızılı geri qaytarmaqdan imtina edir.

İndiyə qədər Venesuelada koronavirusa 749 nəfər yoluxub, 10 nəfər ölüb. 

Son xəbərlər

Orphus sistemi