Venesuela bolivarı denominasiya ediləcək

Venesuela bolivarı denominasiya ediləcək Bakı. 26 mart. REPORT.AZ/ Venesuela maliyyə böhranından çıxış yolları proqramı çərçivəsində milli valyutası olan bolivarın deniminasiyasını həyata keçirməyə hazırlaşır.
Maliyyə
1952
26 Mart , 2018 11:53
Venesuela bolivarı denominasiya ediləcək

Bakı. 26 mart. REPORT.AZ/ Venesuela maliyyə böhranından çıxış yolları proqramı çərçivəsində milli valyutası olan bolivarın deniminasiyasını həyata keçirməyə hazırlaşır. 

"Report"un Rusiya mətbuatına istinadən məlumatına görə, ölkə Prezidenti Nikolas Maduro yerli televiziyaların birinə müsahibəsində deyib ki, hazırkı puldan 3 sıfırın silinməsinə və əskinasların yeniləri ilə əvəz edilməsinə qərar verib. 

N.Maduro çıxışında 2, 5, 10, 20, 50 və 100 bolivarlıq yeni əskinasların nümunələrini göstərib.

Bu arada Venevuela hökuməti ölkənin xöşbəxt gələcəyini yenicə dövriyyəyə buraxılmış "El Petro" kriptovalyutası ilə bağlı olduğunu bildirərək, onunla daşınmaz əmlak alqı-satqısına icazə verib. Ekspertlər isə hesab edirlər ki, denominasiya qərar hiperinflyasiyanın qarşısını müvəqqəti ala bilər, "El Petro"nun gələcəyi isə qaranlıq görünür.

Xatırladaq ki, 2017-ci ildə Venesuelada 2 600% inflyasiya qeydə alınıb. Beynəlxalq Valyuta Fondu isə bu il ölkədə qiymət artınımın 13 000% təşkil edəcəyini proqnozlaşdırır. 

Son xəbərlər

Orphus sistemi