"Valyuta tənzimi haqqında" qanuna dəyişikliklər təsdiqlənib

"Valyuta tənzimi haqqında" qanuna dəyişikliklər təsdiqlənib Müvafiq qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunub
Maliyyə
13 İyun , 2017 12:40
Valyuta tənzimi haqqında qanuna dəyişikliklər təsdiqlənib

Bakı. 13 iyun. REPORT.AZ/ "Valyuta tənzimi haqqında" qanunda dəyişiklik edilməsi barədə layihə Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunub.

"Report"un verdiyi xəbərə görə, layihənin məqsədi gömrük orqanları tərəfindən valyuta sərvətlərinin transsərhəd daşınması zamanı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması izləri aşkar olunduqda, bu izlərin tədqiqi və maliyyə monitorinqi orqanına ötürülməsi məsələlərini müəyyən etməkdən ibarətdir.

Təklif olunur ki, Azərbaycanın müvafiq icra hakimiyyəti orqanı valyuta sərvətlərinin Azərbaycana gətirilməsi və ya çıxarılması zamanı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin izlərini aşkar etdikdə, cinayətin izlərinin götürülməsi üçün tədbirlər görməli, əldə olunmuş sənədləri aidiyyəti üzrə cinayət təqibini həyata keçirən orqana göndərməli, habelə bu barədə məlumatı maliyyə monitorinqi orqanına təqdim etməlidir.

Müzakirələrdən sonra qanuna təklif olunan dəyişiklik parlament tərəfindən təsdiq edilib.

Son xəbərlər

Orphus sistemi