Azərbaycanda valyuta mübadiləsi xidməti göstərən şirkətlərdən daha biri - "Meta-Kapital" MMC Azərbaycan Mərkəzi Bankının (AMB) bu fəaliyyət növü üçün qoyduğu kapital tələbini yerinə yetirib.
"Report" xəbər verir ki, şirkət nizamnamə kapitalını kəskin artıraraq 10 manatdan 600 000 manata çatdırıb.
Bu məbləğ "Meta-Kapital"a Bakıda bir valyuta dəyişmə məntəqəsi ilə fəaliyyət göstərməyə imkan verir. Paytaxtda 2-ci məntəqəni açmaq üçün isə şirkət kapitalını 50 % artıraraq 900 min manata çatdırmalıdır.
"Meta Capıtal" 2022-ci ildə yaradılıb.
Bundan əvvəl "Delta Capital" nizamnamə kapitalını AMB-nin tələbinə uyğunlaşdırıb.