Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslərlə bağlı qanunvericiliyə dəyişiklik təsdiqlənib

Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslərlə bağlı qanunvericiliyə dəyişiklik təsdiqlənib Bakı. 3 aprel. REPORT.AZ/ Bu gün Milli Məclisin plenar iclasında valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslərlə bağlı qanunvericiliyə dəyişiklik müzakirə olunaraq təsdiqlənib.
Maliyyə
3 aprel 2018 09:48
Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslərlə bağlı qanunvericiliyə dəyişiklik təsdiqlənib

Bakı. 3 aprel. REPORT.AZ/ Bu gün Milli Məclisin plenar iclasında valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslərlə bağlı qanunvericiliyə dəyişiklik müzakirə olunaraq təsdiqlənib.

"Report"un verdiyi xəbərə görə, dəyişiklliyə əsasən, “Valyuta tənzimi haqqında” qanuna 14-1.2 adlı yeni bənd əlavə edilib.

Yeni bəndə görə, valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanundan irəli gələn tələblərə əməl etməlidirlər.

Son xəbərlər

Orphus sistemi