Valyuta hərracında dollara tələbat kəskin azalıb - YENİLƏNİB

Valyuta hərracında dollara tələbat kəskin azalıb - YENİLƏNİB Sabahkı rəsmi məzənnənin 1,6444 AZN/USD-yə yüksələcəyi gözlənilir
Maliyyə
8 Sentyabr , 2016 12:55
Valyuta hərracında dollara tələbat kəskin azalıb - YENİLƏNİB

İlk xəbər saat 12:09-da verilib

Bakı. 8 sentyabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) bu gün Azərbaycan Dövlət Neft Fondu (ARDNF) ilə birgə keçirdiyi valyuta hərracında tələbat 330-340 mln. ABŞ dolları olub. Bu barədə "Report"a bank dairələrindən bildirilib.

Hərraca çıxarılan valyuta isə bundan bir qədər az - 300 mln. dollar olub. Bunun 100 mln. dollarını AMB, 200 mln. dollarını isə ARDNF təmin edib.

Hərracın yekununda kommersiya banklarının cari tələbatı təxminən 10-13% kəsirlə təmin olunub və satışa çıxarılan valyuta kütləsi tam həcmdə realizə edilib. ABŞ dollarının satış məzənnəsinin yuxarı həddi 1,6444 AZN/USD olub. Qeyd edək ki, əvvəlki hərraclarla müqayisədə kommersiya banklarının dollara tələbatı təxminən iki dəfə azalıb.

***

ARDNF-dən verilən məlumata görə, Fondun hərraca çıxardığı 200 mln. dollar məbləğində vəsait 22 kommersiya bankına satılıb.

Son xəbərlər

Orphus sistemi