Samir Şərifov: “Ötən il Azərbaycanın məcmu valyuta ehtiyatları 6,5% artıb”

Samir Şərifov: “Ötən il Azərbaycanın məcmu valyuta ehtiyatları 6,5% artıb” Bakı. 12 yanvar. REPORT.AZ/ “2018-ci il, eyni zamanda, makroiqtisadi sabitliyin daha da möhkəmləndirilməsi, qlobal ticarətdə proteksionizmin və ticarət müharibələrinin vüsət aldığı bir zamanda xarici şokların ölkə iqtisadiyyatına təsirlərinin neytrallaşdırılması ili kimi də dəyərləndirilə bilər”.
Maliyyə
12 Yanvar , 2019 09:25
Samir Şərifov: “Ötən il Azərbaycanın məcmu valyuta ehtiyatları 6,5% artıb”

Bakı. 12 yanvar. REPORT.AZ/ “2018-ci il, eyni zamanda, makroiqtisadi sabitliyin daha da möhkəmləndirilməsi, qlobal ticarətdə proteksionizmin və ticarət müharibələrinin vüsət aldığı bir zamanda xarici şokların ölkə iqtisadiyyatına təsirlərinin neytrallaşdırılması ili kimi də dəyərləndirilə bilər”.

“Report” xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Onun sözlərinə görə, büdcə-fiskal siyasətin monetar siyasətlə sıx əlaqəli şəkildə həyata keçirilməsi nəticəsində il ərzində milli valyutanın sabitliyi qorunub, inflyasiyanın cilovlanmasına və ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz-bənd azalmasına nail olunub. S.Şərifov bildirib ki, xarici ticarət balansındakı müsbət saldo tədiyyə balansının cari əməliyyatlar hesabının 5 milyard ABŞ dollarına qədər, məcmu valyuta ehtiyatlarının isə ötən ilin əvvəlinə nisbətən 3 milyard ABŞ dolları məbləğində və ya 6,5% artmasını şərtləndirib.

Maliyyə naziri əlavə edib ki, 2018-ci ilin sonuna Mərkəzi Bankın valyuta ehtiyatları nəzərə alınmadan hökumətin valyuta ehtiyatları xarici dövlət borcumuzu 4,3 dəfə üstələməklə ümumi daxili məhsulun 83,5%-ni təşkil edib.

Son xəbərlər

Orphus sistemi