Ümumdünya Ticarət Təşkilatı qlobal ticarətin artımı ilə bağlı proqnozlarını azaldıb

Ümumdünya Ticarət Təşkilatı qlobal ticarətin artımı ilə bağlı proqnozlarını azaldıb ABŞ və Çin arasında ticarət mübahisələrinin qızışması fonunda Ümumdünya Ticarət Təşkilatı (ÜTT) qlobal ticarətin artımı ilə bağlı proqnozlarını azaldıb.
Maliyyə
1 Oktyabr , 2019 17:06
Ümumdünya Ticarət Təşkilatı qlobal ticarətin artımı ilə bağlı proqnozlarını azaldıb

ABŞ və Çin arasında ticarət mübahisələrinin qızışması fonunda Ümumdünya Ticarət Təşkilatı (ÜTT) qlobal ticarətin artımı ilə bağlı proqnozlarını azaldıb. 

"Report" bu barədə xarici mətbuata istinadən xəbər verir. 

Məlumata görə, ÜTT bu il qlobal ticarət dövriyyəsinin 1,2%, gələn il isə 2,7% böyüyəcəyini proqnozlaşdırır. Bu rəqəmlər indiyə qədər müvafiq olaraq 2,6% və 3% təşkil edib. 

Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsini şərh edən təşkilat bunun təsirlərinin digər qitələrdə hiss olunmayacağını bəyan edib. 

Son xəbərlər

Orphus sistemi