“United Credit Bank”ın ləğv edilməsinə başlanılıb

“United Credit Bank”ın ləğv edilməsinə başlanılıb Bankdakı qorunan əmanətlər üzrə kompensasiyalar ödəniləcək
Maliyyə
12 Aprel , 2017 19:41
“United Credit Bank”ın ləğv edilməsinə başlanılıb

Bakı. 12 aprel. REPORT.AZ/ 15 mart 2017-ci il tarixində Ali Məhkəmədə lisenziyası ləğv edilmiş “United Credit Bank” ASC-nin şikayət ərizəsinə yekun baxış keçirilib və Bankın müflis elan olunması, iflas prosedurlarına başlanmasına dair əvvəlki instansiya məhkəmələrinin qərarları qüvvədə saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqlamasında bildirilir.

Qurum bəyan edib ki, bununla da “United Credit Bank”dakı qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsi üçün maneə aradan qaldırılıb: “Artıq MBNP Azərbaycan Əmanətlərin Sığortanması Fondunun (ADIF) Banka ləğvedici təyin edilməsinə dair prosedurlara başlayıb. Məhkəmə prosesi davam etdiyi dövrdə bankda hər hansı uçot qeydləri və əməliyyatlar aparılmadığına görə palata tərəfindən son maliyyə hesabatlarının inventarizasiyası həyata keçirilir. Habelə ADIF-lə birlikdə kreditorların reyestrinin dəqiqləşdirilməsi aparılır. Bu prosesin aprelin 14-nə qədər qədər bitməsi planlaşdırılır. Əmanətçilərin reyestr məlumatları dəqiqləşdirildikdən sonra onlara qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsinə başlanılacaq".

Son xəbərlər

Orphus sistemi