“United Credit Bank”da 3,635 mln. manat əmanət olub

“United Credit Bank”da 3,635 mln. manat əmanət olub Bunun 2,132 mln. manatı kompensasiya olunan əmanətlərdir
Maliyyə
18 Aprel , 2017 10:11
“United Credit Bank”da 3,635 mln. manat əmanət olub

Bakı. 18 aprel. REPORT.AZ/ Ləğvetmə prosesində olan “United Credit Bank” ASC-də fiziki şəxslərə məxsus ümumilikdə 3,635 mln. manat əmanət olub.

“Report”un məlumatına görə, bu barədə keçirdiyi mətbuat konfransında Azərbaycan Əmanətlərin Sığortalaması Fondunun (ADIF) icraçı direktoru Azad Cavadov məlumat verib.

Onun sözlərinə görə, bunun 3,315 mln. manatı qorunan əmanətlər, 2,132 mln. manatı kompensasiya olunan əmanətlərdir. Bu məbləğ 472 əmanətçiyə məxsusdur.

Əmanətçilər kompensasiya almaq üçün ADIF-in Bakı şəhəri, Xətai rayoynu, Babək prospekti,16 ünvanında yerləşən ofisinə (ləğvetmə prosesində olan “Texnikabank” ASC-nin keçmiş baş ofisi) müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi