"Unicapital İnvestisiya Şirkəti"nin xalis mənfəəti 33% artıb

"Unicapital İnvestisiya Şirkəti"nin xalis mənfəəti 33% artıb Maliyyə qurumu 2020-ci ili 521 min manat xalis mənfəətlə başa vurub
Maliyyə
30 Aprel , 2021 16:37
Unicapital İnvestisiya Şirkətinin xalis mənfəəti 33% artıb

"Unicapital İnvestisiya Şirkəti" ASC 2020-ci ili 521 min manat xalis mənfəətlə başa vurub.

"Report" qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu ilə nisbətən 32,6% çoxdur.

Ötən il "Unicapital"ın vergiyəqədərki mənfəəti 656 min manat (əvvəlki illə müqayisədə 36,95% çox), mənfəət vergisi ödəmələri isə 135 min manat (57% çox) təşkil edib.

Bu il yanvarın 1-nə "Unicapital"ın aktivləri 13,039 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 2,2 dəfə çoxdur. Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri 2,5 dəfə artaraq 11,088 milyon manata, balans kapitalı isə 36,4% artaraq 1,951 milyon manata çatıb.

Xatırladaq ki, "Unicapital" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. İnvestisiya şirkətinin təsisçisi 100% "Unibank" ASC-dir.

Son xəbərlər

Orphus sistemi