“Unicapital İnvestisiya Şirkəti” “Unibank”ın istiqrazlarını EBRD-dən geri alır

“Unicapital İnvestisiya Şirkəti” “Unibank”ın istiqrazlarını EBRD-dən geri alır “Unicapital İnvestisiya Şirkəti” ASC 100% təsisçisi olan “Unibank” ASC-nin vaxtilə ABŞ dolları ilə dövriyyəyə buraxdığı, Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) aldığı AZ2011002022 dövlət qeydiyyat nömrəli istiqrazları onlardan geri almağa hazırlaşır.
Maliyyə
14 Fevral , 2020 11:11
“Unicapital İnvestisiya Şirkəti” “Unibank”ın istiqrazlarını EBRD-dən geri alır

“Unicapital İnvestisiya Şirkəti” ASC 100% təsisçisi olan “Unibank” ASC-nin vaxtilə ABŞ dolları ilə dövriyyəyə buraxdığı, Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) aldığı AZ2011002022 dövlət qeydiyyat nömrəli istiqrazları onlardan geri almağa hazırlaşır.

“Report” bu barədə “Unibank”a istinadən xəbər verir.

Məlumata görə, söhbət hər birinin nominal dəyəri 10 min ABŞ dolları olan 580 ədəd istiqrazdan (5,8 milyon ABŞ dolları dəyərində) gedir. Bununla bağlı qərar yanvarın 28-də qəbul edilib. Qiymətli kağızlar geri alındıqdan sonra yerli investorlara təklif olunacaq.

“Unicapital”ın Müşahidə Şurasının müşaviri Tahir Qəribov bildirib ki, sövdələşmənin məqsədi Azərbaycanın kapital bazarında investisiya alətlərinin sayını artırmaqdır: “Son vaxtlar Azərbaycanın banklarında ABŞ dolları ilə qəbul edilən əmanətlərinin illik faiz dərəcəsinin aşağı olması, habelə Amerika valyutası ilə investisiya alətlərinin məhdudluğu fiziki və hüquqi şəxslərin öz vəsaitlərini bu valyutada effektiv və etibarlı şəkildə yerləşdirməsini çətinləşdirib. “Unibank” strategiyasına əsasən, qiymətli kağızlar bazarında emitent və investor kimi fəal iştirak etmək istəyir. Hesab edirik ki, “Unicapital”ın fəallığını artırması, bazar iştirakçıları və investorlar üçün yeni imkanlar yaradacaq”.

Xatırladaq ki, “Unicapital İnvestisiya Şirkəti” 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. 

Son xəbərlər

Orphus sistemi