“Unicapital İnvestisiya Şirkəti”nin rəhbərliyinə təyinat olub

“Unicapital İnvestisiya Şirkəti”nin rəhbərliyinə təyinat olub “Unicapital İnvestisiya Şirkəti” ASC-yə yeni direktor təyin edilib.
Maliyyə
30 İyun , 2020 11:30

“Unicapital İnvestisiya Şirkəti” ASC-yə yeni direktor təyin edilib.

“Report” xəbər verir ki, bu, Tahir Qəribovdur.

O, bundan əvvəl maliyyə qurumunun Müşahidə Şurasının müşaviri işləyib və yeni vəzifəsində Heydər İbrahimovu əvəz edib. Keçmiş direktor ötən ilin fevral ayında işdən çıxıb, bu müddətdə onun vəzifə səlahiyyətlərini müvəqqəti olaraq Nadir Babazadə icra edib.

Xatırladaq ki, “Unicapital İnvestisiya Şirkəti” 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. Şirkətin səhmdarı 100% “Unibank” ASC-dir. 

Tahir Qəribov
Tahir Qəribov

Son xəbərlər

Orphus sistemi