"Unibank" yeni lotereya keçirir

"Unibank" yeni lotereya keçirir Lotereya martın 4-dən aprelin 10-dək davam edəcək
Maliyyə
122
3 Mart , 2017 15:34
Unibank yeni lotereya keçirir

Bakı. 3 mart. REPORT.AZ/ "Unibank" ASC 10 min manatlıq uduş fondu olan “Bahar lotereyası” keçirir. Lotereyada 184 nəfər müxtəlif pul uduşları qazanacaq. 

"Report"un banka istinadən verdiyi xəbərə görə, hər 10 manatlıq əməliyyat bir şans yaradır.

"Unibank"ın debet, kredit və maaş kartları ilə edilən bir çox nağdsız əməliyyatlar, mobil əlavə ilə kommunal, mobil, stasionar, internet/Tv xidmət ödənişləri lotereyada iştirak şansı qazandırır. Həmçinin,  hesabdan hesaba, kartdan hesaba, hesabdan karta, kartdan karta fərqli valyutada köçürmələri də lotereyada iştirak şansı yaradır.

Lotereyada 1 nəfər 1 000 manat, 3 nəfər 500 manat, 30 nəfər 100 manat, 50 nəfər 50 manat, 100 qalib isə 20 manat pul mükafatı əldə edəcək.

Lotereya martın 4-dən aprelin 10-dək davam edəcək və qaliblər bu müddətdə bank əməliyyatı aparan müştərilər arasından seçiləcək. Aprelin 19-da oynanılan tirajda kompüter seçmə üsulu ilə 184 qalib seçiləcək. 

Son xəbərlər

Orphus sistemi