"Unibank" yeni kampaniya keçirir

"Unibank" yeni kampaniya keçirir Kampaniya noyabrın 8-dək davam edəcək
Maliyyə
29 Avqust , 2016 17:02
Unibank yeni kampaniya keçirir

Bakı. 29 avqust. REPORT.AZ/ "Unibank" ASC müştərilərə təxminən 3 dəfə ucuz qiymətə "Albalı Plus" debet kartı almağa təklif edir. Bankdan "Report"a verilən məlumata görə, kampaniya çərçivəsində indi bu kartı cəmi 3 manata əldə etmək mümkündür.

Qeyd edə ki, "Albalı Plus" debet kartının aşağıdakı üstünlükləri var:

- Hər alış-verişdə xərclənən vəsaitin 20%-ə qədər hissəsi kart hesabına geri qayıdır;

- Kartdakı pul komissiyasız nağdlaşdırılır;

- Kartda qalan pula illik 6%-ə qədər depozit gəliri hesablanır;

- Debet kartını həm manat, həm də dollar valyutasında sifariş etmək mümkündür;

- Kartın hansı ödəniş sistemində olmasını seçmək olar;

- Partnyor və qeyri-partnyor mağazalardan çoxlu endirim və hədiyyələr təqdim olunur;

- "Unibank Mobile" əlavəsində "Albalı Plus" debetlə əməliyyatlar "İphone 6S" və digər qiymətli hədiyyələr qazanmaq şansı verir. "Unibank Mobile" istifadəçiləri arasında keçirilən lotereyanın şərtlərinə görə, hər biri minimum 5 manat olan 3 əməliyyat, iştirakçıya 1 şans qazandırır.

Sadəcə şəxsiyyət vəsiqəsi ilə istənilən "Unibank" filialına yaxınlaşmaqla və ya onlayn (http://debet.albali.az/) sifariş verməklə "Albalı Plus" debet kampaniyasından faydalanmaq olar. Kampaniya noyabrın 8-dək davam edəcək.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud "Facebook" və "Twitter" səhifələrindən (www.facebook.com/unibank.az, https://twitter.com/unibank) əldə etmək olar.

Son xəbərlər

Orphus sistemi