"Unibank" yeni aksiyaya başlayıb

"Unibank" yeni aksiyaya başlayıb Aksiyaya paralel hədiyyə lotereyası keçiriləcək
Maliyyə
16 Dekabr , 2014 15:23
Unibank yeni aksiyaya başlayıb

Bakı. 16 dekabr. REPORT.AZ/ Azərbaycanın "Unibank" ASC "Albalı Plus" kartlarının sahibləri üçün yanvarın 5-dək davam edəcək Yeni İl aksiyasına başlayıb.

"Report"un banka istinadən verdiyi xəbərə görə, aksiya çərçivəsində hər bir taksitli alış-verişə "Unibank"dan əlavə 1 taksit, 3 və daha yuxarı taksitlilər üçün isə əlavə 3 ay daha uzun müddətə ödəmək imkanı hədiyyə ediləcək. Qeyri-tərəfdaş mağazalarda aparılan əməliyyatlara da əlavə 3 taksit hədiyyə olunacaq.

Qeyd edək ki, "Unibank"ın SMS-taksit xidmətinə əsasən, bankın tərəfdaşı olmayan ticarət və xidmət obyektlərində aparılan əməliyyatları da taksitlə ödəmək mümkündür. Bu xidmət "Unibank" kartı ilə başqa bankların POS-terminallarında, internetdə aparılan əməliyyatların 3 və 6 taksitlə ödənişinə imkan verir. Belə ki, "Albalı Plus" kartı ilə başqa bankın POS-terminalında və internet saytlarda əməliyyat etdikdə müştəriyə qalıq balans haqqında gələn mesajın sonunda ödənişin taksitlərə bölünməsini istəyib-istəmədiyi soruşulacaq. Müştəri 3 və ya 6 taksiti seçmək istədiyi haqda məlumatı və müvafiq kodu qeyd olunan müddətdə 8893-ə göndərərək taksit xidmətindən faydalana biləcək.

Həmçinin yanvarın 5-dək öz "Albalı" və ya "Albalı Plus" kartı ilə azı 20 manatlıq əməliyyat edən hər kəs Yeni İldə Dubayda 5 ulduzlu hoteldə 1 həftə müddətinə 2 nəfərlik səyahət paketi qazanmaq şansına sahib ola bilər. Lotereyanın davam etdiyi müddətdə 5 ədəd "Iphone 6" mobil telefonu, 30 pul mükafatı oynanılacaq.

Son xəbərlər

Orphus sistemi