“Unibank” sahibkarlar üçün yeni kart hazırlayıb

“Unibank” sahibkarlar üçün yeni kart hazırlayıb Bank biznes sahiblərinə dəstək məqsədi ilə “Albalı Biznes Kartı”nı təqdim edib
Maliyyə
24 Avqust , 2017 15:04
“Unibank” sahibkarlar üçün yeni kart hazırlayıb
Report

Bakı. 24 avqust. REPORT.AZ/ “Unibank” ASC biznes sahiblərinə dəstək məqsədi ilə “Albalı Biznes Kartı”nı təqdim edib.

Bankdan “Report”a verilən məlumata görə, yeni məhsul mağazalarla distributor şirkətləri arasında ticarətin daha rahat və təhlükəsiz aparılmasına, operativliyin təmin olunmasına, dövriyyənin artırılmasına imkan yaradan, debet və kredit funksiyalarını özündə birləşdirən çox sərfəli bank kartıdır.

“Albalı Biznes Kartı”nın unikal üstünlüklərə malik olması və “Unibank Business Mobile” əlavəsinə qoşulmaq imkanı, günün istənilən vaxtı mağaza sahibinin və distributorun əməliyyatlar aparmasına və hesablarına nəzarət etməsinə imkan verir. Bu kart həm mağaza sahiblərinə aşağıdakı üstünlükləri verir:

- Güzəştli (faizsiz) kredit xətti;

- Günün istənilən saatı, istənilən yerdə distributorlara ödənişlərin əlavə sənədsiz və komissiyasız köçürülməsi;

- Ödənişdən dərhal sonra mağaza sahibi və ekspeditorun məlumatlandırılması;

- “Unibank Business Mobile” və internet bank xidmətinə qoşulmaqla ödənişlərə 24/7 nəzarət etmək;

- Büdcə ödənişlərini (DSMF/Vergi/Gömrük və digər) “Unibank Business Mobile” vasitəsilə etmək;

- “Unibank”ın istənilən filialından, “cash-in”indən, “E-manat” ödəmə terminallarından karta şəxsi vəsaitin mədaxil;

- Mağaza sahibinin ödəmələri haqqında tarixçənin “Unibank Business Mobile”də avtomatik formalaşması.

Distributor şirkətləri üçün isə üstünlüklər aşağıdakılardır:

- Nağd pulların idarə edilməsi riskindən azad olma;

- Bankın mağazalara verdiyi kredit xətti hesabına dövriyyənin artırılması və xərclərin optimallaşdırılması;

- Şəffaf hesabat;

- Hesaba pulun anında daxil olması.

Ticarət obyektinin sahibi bankın istənilən filialına cəmi bir dəfə gəlməklə “Albalı Biznes Kartı”nı pulsuz ala bilər. Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ),“Facebook” və “Twitter”sosial şəbəkələrindəki səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

Son xəbərlər

Orphus sistemi