“Unibank” ötən ili mənfəətlə başa vurub

“Unibank” ötən ili mənfəətlə başa vurub “Unibank” ASC 2020-ci ili 11,021 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövründən 23,965 milyon manat mənfəətlə çıxmışdı.
Maliyyə
28 Yanvar , 2021 16:26
“Unibank” ötən ili mənfəətlə başa vurub
Report

“Unibank” ASC 2020-ci ili 11,021 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki Bank ötən ilin eyni dövründən 23,965 milyon manat mənfəətlə çıxmışdı.

“Report” xəbər verir ki, ötən il “Unibank”ın gəlirləri 118,522 milyon manat (illik müqayisədə 22,2% az), xərcləri 98,295 milyon manat (1,6 % çox), xüsusi ehtiyatlara ayırmaları 8,871 milyon manat (3,6 dəfə az), mənfəət vergisi ödəmələri isə 335 min manat (əvvəlki il vergi ödəməyib) təşkil edib.

Bu il yanvarın 1-nə “Unibank”ın aktivləri 815,811 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 3,6 % çoxdur. Bunun 477,955 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2020-ci ildə Bankın kredit portfeli 20,4 % böyüyüb.

Hesabat dövründə “Unibank”ın öhdəlikləri 3,2 % artaraq 719,045 milyon manat, o cümlədən depozit portfeli 1,6 % azalaraq 522,367 milyon manat, balans kapitalı isə 7,3 % artaraq 96,766 milyon manat olub.

Xatırladaq ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən mövcud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 125,686 milyon manatdır. Bankın səhmlərinin 86,4 %-i Eldar Qəribova (Müşahidə Şurasının sədri), 13,6 %-i isə digər hüquqi və fiziki şəxslərə məxsusdur.

Son xəbərlər

Orphus sistemi