“Unibank” Novruzda işləyəcək filiallarını açıqlayıb

“Unibank” Novruzda işləyəcək filiallarını açıqlayıb Bank bayram günlərində 3 filialı ilə müştərilərə xidmət göstərəcək
Maliyyə
17 mart 2017 12:04
“Unibank” Novruzda işləyəcək filiallarını açıqlayıb

Bakı. 17 mart. REPORT.AZ/ “Unibank” ASC-nin bəzi filialları Novruz bayramı günlərində də müştərilərə xidmət etməkdə davam edəcək.

“Report” xəbər verir ki, bu barədə Bankın məlumatında bildirilib.

Məlumatda deyilir ki, ölkə əhalisi və eləcə də bayram münasibəti ilə Azərbaycana gələn xarici ölkə vətəndaşları bayram günlərində “Unibank”ın Bakıda yerləşən 14 saylı (Füzuli küçəsi, 15, qapı 4, “Beşmərtəbə” adlanan ərazi) və 17 saylı (Bülbül prospekti, 10, “Sahil” metro stansiyasının yanı) filiallarının xidmətindən faydalana biləcəklər. Əsas turizm zonalarından olan cənub bölgəsinə səfər edən turistlərə isə Bankın “Lənkəran” filialı xidmət göstərəcək. Bayram günlərində paytaxtdakı filiallar martın 18-dən 26-na qədər səhər saat 09:00-dan axşam 21:00-a qədər fəaliyyət göstərəcək. “Lənkəran” filialı isə 18-22 mart tarixlərində saat 12:00-dan 18:00-a qədər müştərilərin üzünə açıq olacaq.

“Unibank” müştəriləri bayram günlərində kredit ödənişlərini “Unibank”, “E-manat” və “Milli Ön ödəmə” terminallarında nağd şəkildə, unibank.az və hesab.az saytlarında isə onlayn edə biləcəklər. “Unibank Mobile” isə bayram günlərində günün 24 saatı istifadəçilərinə xidmət edəcək. Smartfon istifadəçiləri kredit və kommunal ödənişlərini, kart-hesab əməliyyatlarını MDB-nin ən mükəmməl mobil əlavələrindən olan “Unibank Mobile”la həyata keçirə biləcəklər. 

Son xəbərlər

Orphus sistemi