“Unibank” nağd pul kreditlərini ucuzlaşdırıb

“Unibank” nağd pul kreditlərini ucuzlaşdırıb Bu endirim kredit tarixçəsi olmayan yeni müştərilərə aiddir
Maliyyə
10 Aprel , 2017 10:46
“Unibank” nağd pul kreditlərini ucuzlaşdırıb

Bakı. 10 aprel. REPORT.AZ/ “Unibank” ASC kredit tarixçəsi olmayan yeni müştərilərə verdiyi nağd pul kreditlərinin illik dərəcəsini 1 faiz bəndi azaldıb.

“Report” Banka istinadən xəbər verir ki, hazırda sözügedən kateqoriyaya aid müştərilərə kredit illik 29%-lə təklif edilir. İndiyə qədər bu, 30% olub.

“Unibank”ın təkrar müştəriləri, eləcə də Bankın əmək haqqı kartına sahib müştərilər üçün isə kreditlərin illik faiz dərəcəsi yenə də 23%-dən başlayır.

Qeyd edək ki, “Unibank”da nağd pul kreditlərinin məbləği 300 manatdan 5 min manata qədər, müddəti isə maksimum 2 ildir. Kreditə görə komissiya haqqı lazımi prosedurlar üçün 2% (minimum 10 manat), nağdlaşdırma üçün isə 1% (minimum 10 manat) olmaqla hesablanır.

Xatırladaq ki, "Unibank" 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən mövcud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 70 565 232 manatdır. Bankın səhmlərinin 56,91%-i Eldar Mahmud oğlu Qəribova (Müşahidə Şurasının sədri), 12,15%-i Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD), 6,68%-i Almaniyanın "DEG" investisiya şirkətinə (“Bank Respublika” ASC-nin 10,87%-lik səhmdarı), 4,41%-i Zemfira Mirzə qızı Cəfərovaya, 19,85%-i isə digər fiziki və hüququ şəxslərə, minoritar səhmdarlara məxsusdur.

Son xəbərlər

Orphus sistemi