Bakı. 25 sentyabr. REPORT.AZ/ “Unibank” ASC 5 Oktyabr - Beynəlxalq Müəllimlər günü münasibəti ilə bütün təhsil işçiləri üçün aksiya keçirir.
“Report” Banka istinadən xəbər verir ki, aksiya müddətində (oktyabrın 28-nə qədər) müəllimlərə kredit həm komissiyasız, həm də illik faiz dərəcəsində 2% güzəştlə veriləcək.
Üstəlik, kredit götürən hər bir təhsil işçisinə “ALBALI PLUS” debet kartı hədiyyə olunacaq. Kreditin maksimal məbləği 15 min manat, maksimal müddəti isə 36 aydır. Borc zaminsiz verilir.
Müştərilər nağd pul krediti ilə bağlı “Unbank”ın filiallarına gələ, eləcə də “Unibank Mobile”dən və yaxud Bankın www.unibank.az ünvanında yerləşən rəsmi internet səhifəsindən onlayn rejimdə və yaxud 050 778 8117 “whatsapp” nömrəsinə yaza və krediti sifariş verə bilərlər.
“Unibank” hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə ölkə vətəndaşlarının xidmətindədir. Müştərilərin rahatlığı naminə Bankın filialları, həftənin 5 günü nahar fasiləsi olmadan səhər saat 09.00-dan saat 17:00-a qədər fəaliyyət göstərir. Müştərilərin tələbatını nəzərə alaraq, “Unibank”ın paytaxt və bölgələrdə yerləşən 5 filialı - “Neftçilər”, “15 saylı” (S.Vurğun bağı yaxınlığında) “Əcəmi”, “Sumqayıt” və “Gəncə” filialları həftə sonu saat 10.00-dan saat 14.00-a qədər əhalinin xidmətindədir.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından və yaxud “Facebook” və “Twitter” sosial şəbəkələrindəki səhifələrindən (