"Unibank Mobile"a yeni funksiyalar əlavə edilib

"Unibank Mobile"a yeni funksiyalar əlavə edilib "​Unibank Mobile" istifadəçilərinə hədiyyə qazandırır
Maliyyə
14 İyun , 2017 16:23
Unibank Mobilea yeni funksiyalar əlavə edilib

Bakı. 14 iyun. REPORT.AZ/ "Unibank Mobile"a ödəniş və depozitlərlə bağlı bir sıra əməliyyatlarda bonus balları qazanmaq imkanı yaradır. Bonuslar bölməsindəki kvest əməliyyatları isə istifadəçiyə əlavə 250 bal qazandırır. Qazanılan bonusları hədiyyələrə və digər ödənişlərə yönləndirmək olar.

"Report" bu barədə "Unibank" ASC-yə istinadən xəbər verir.

"Unibank Mobile"a əlavə edilən digər yeni funksiya isə ölkədaxili bütün kartlara köçürməni mümkün edir. Mobil əlavədən istifadə ilə bağlı bütün məlumatlar menyunun “Ayarlar” bölməsində olan FAQ (sual/cavab bazası) funksiyasında cavablandırılıb.

"Unibank Mobile" istifadəçiyə bütün hesablarına onlayn şəkildə nəzarət, telefonunuzun kitabçasında qeydiyyatda olanlara siyahıdan rahat şəkildə köçürmə etmək, "Unibank"dakı bir kart və ya hesabından digər kart və ya hesabına pul köçürməsi, kartın bloklanması və blokdan açılması, kommunal, internet, kabel TV, kredit və digər ödənişləri etmək imkanı verir. Aylıq ödənişləri sistemə avtomatik ödənişlər siyahısına daxil edərək bu ödənişlərin təyin olunan vaxtda avtomatik köçürülməsini təmin etmək mümkündür.

"Unibank Mobile" əlavəsi həmçinin depozit və cari hesab açmağa imkan yaradır. Bundan əlavə, mövcud əmanətlərlə bağlı bütün məlumatları banka gəlmədən əldə etmək imkanı yaradır.

"İOS" və "Android" platformalarında işləyən bu əlavəni http://onelink.to/ffdbwf linkindən yükləmək olar.

Son xəbərlər

Orphus sistemi