Bakı. 8 yanvar. REPORT.AZ/ "Unibank" ASC yeni kredit kampaniyası keçirir. Yanvarın 22-dək davam edəcək kampaniya müddətində Bankdan istehlak krediti və ya mikrokredit götürən hər kəs ilk 3 ay yalnız faiz məbləğini ödəyəcək.
"Report"un Banka istinadən verdiyi xəbərə görə, kampaniya müddətində götürülən kreditlərin komissiya haqlarına da 50% endirim ediləcək.
Qeyd edək ki, "Unibank"dan götürülən kreditlər müştəriyə 2 018 manatadək pul mükafatı qazanmaq şansı verir. Çünki “Yeni il - 2018” adlı tirajlı stimullaşdırıcı lotereya çərçivəsində yanvarın 15-dək "Unibank"dan kredit götürən, bankın kartları ilə alış-veriş edən və ödənişlərini "Unibank Mobile"la həyata keçirən müştərilər lotereya qalibi olmaq şansı qazanırlar. Uduş fondu 10 000 manatdan çox olan lotereyada 95 qalib seçiləcək.