"Unibank" kredit aksiyası keçirir

"Unibank" kredit aksiyası keçirir 5 000 AZN-dək kredit 24 ayadək müddətə 0% komissiya ilə rəsmiləşdiriləcək
Maliyyə
7 Noyabr , 2016 17:19
Unibank kredit aksiyası keçirir

Bakı. 7 noyabr. REPORT.AZ/ "Unibank" ASC Dövlət Bayrağı günü münasibəti ilə peşəsindən asılı olmayaraq, hər kəs üçün 1 günlük 0% komissiyalı kredit aksiyası keçirir.

Bu barədə "Report"a bankdan məlumat verilib.

Bir gün – noyabrın 8-də ölkə vətəndaşları "Unibank" filiallarına müraciət edərək 5 000 manatadək krediti 24 ayadək müddətə 0% komissiya ilə rəsmiləşdirəcəklər. Üstəlik, komissiyasız nağd kredit götürən hər kəsə "Albalı Plus" debet kartı hədiyyə olunacaq.

"Unibank"ın filialları, həftənin 5 günü nahar fasiləsi olmadan saat 09:00-dan 17:00-dək fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi