​"Unibank" komissiyasız kredit kampaniyası keçirir

​"Unibank" komissiyasız kredit kampaniyası keçirir Kampaniya təhsil işçilərini əhatə edir
Maliyyə
1 Oktyabr , 2015 12:14
​Unibank komissiyasız kredit kampaniyası keçirir

Bakı. 1 oktyabr. REPORT.AZ/ "Unibank" ASC 5 oktyabr -  Beynəlxalq müəllimlər günü ərəfəsində təhsil işçiləri üçün xüsusi kampaniya keçirir. "Report"un Banka istinadən verdiyi xəbərə görə, oktyabrın 14-dək "Unibank"ın filiallarına müraciət edən təhsil işçiləri 10 min manatadək 3 ilədək müddətə 0% komissiyalı kredit əldə edə bilərlər.

Kampaniya çərçivəsində götürülən hər 500 manat kredit üçün aylıq ödənişlər 20 manatdan başlayır. Üstəlik kampaniya dövründə müəllimlərə "Albalı Plus" kartları pulsuz veriləcək.

"Unibank"ın filialları həftənin 5 günü nahar fasiləsi olmadan saat 09:00-dan 17:00-dək, şənbə günləri isə 10:00-dan 14:00-dək fəaliyyət göstərir.