“Unibank” komissiyasız kredit aksiyası keçirir

“Unibank” komissiyasız kredit aksiyası keçirir DİN işçiləri və Xəzər Dəniz Gəmiçiliyi əməkdaşları 15 min manatadək nağd krediti 36 ayadək müddətə ala bilərlər
Maliyyə
3 İyul , 2017 14:06
“Unibank” komissiyasız kredit aksiyası keçirir

Bakı. 3 iyul. REPORT.AZ/ “Unibank” ASC Daxili İşlər Nazirliyi və Xəzər Dəniz Gəmiçiliyi əməkdaşlarının peşə bayramları münasibəti ilə komissiyasız kredit aksiyasına başlayıb.

“Report”un Banka istinadən verdiyi xəbərə görə, iyulun 3-dən 7-dək “Unibank” filiallarına müraciət edən DİN işçiləri və Xəzər Dəniz Gəmiçiliyi əməkdaşları 15 min manatadək nağd krediti 36 ayadək müddətə komissiyasız rəsmiləşdirə biləcəklər. Kreditin aylıq minimum ödənişləri 19 manatdan başlayır. Minimum əmək haqqı tələbi cəmi 175 manatdır. Faiz dərəcəsi 23%-dən başlayır. Heç bir zamin tələbi yoxdur.

"Unibank"ın filialları həftənin 5 günü nahar fasiləsi olmadan saat 09:00-dan 17:00-dək fəaliyyət göstərir. Banka gəlmədən də bank xidmətlərinin əksər hissəsindən "Unibank Mobile"ın (http://onelink.to/ffdbwf) köməyi ilə istifadə etmək mümkündür.

Son xəbərlər

Orphus sistemi