Bakı. 8 sentyabr. REPORT.AZ/ "Unibank" ASC yerli istehsalçılara dəstək məqsədilə yeni layihəyə qoşulub. Dünya Bankı ilə
"Report"un banka istinadən verdiyi xəbərə görə, layihə çərçivəsində "Unibank" kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən müəssisələrə 500 min dollaradək kredit təklif edir. Kreditlər 7 ilədək müddətə verilir. Layihənin məqsədi Azərbaycanın aqro-ərzaq sektorunda fəaliyyət göstərən aqrobiznes müəssisələrinin rəqabətliliyinin, istehsalın, keyfiyyətin artırılması və texnologiyaların təkmilləşdirilməsinə dəstək olmaqdır. Kredit müştərinin istəyinə uyğun olaraq manat və ya ABŞ dolları ilə verilə vilər.
Sahibkarlar bankın “Qara Qarayev”, “İçərişəhər” , “Dərnəgül” , “Yasamal”, “8 saylı” filialları və “Unibank Biznes Mərkəzi”nə müraciət edə bilərlər.