“Unibank” kart müştərilərinin qazancını açıqlayıb

“Unibank” kart müştərilərinin qazancını açıqlayıb Bu günə qədər bankın plastik kartına sahib olan müştərilər təkcə “cashback” layihəsi çərçivəsində 122 min manata yaxın vəsit qazanıb
Maliyyə
5 Sentyabr , 2017 16:38
“Unibank” kart müştərilərinin qazancını açıqlayıb
Report

Bakı. 5 sentyabr. REPORT.AZ/ Bu günə qədər “Unibank” ASC-nin plastik kartına sahib olan müştərilər təkcə “cashback” layihəsi çərçivəsində 122 min manata yaxın vəsit qazanıb.

“Report” xəbər verir ki, bu barədə Bankın açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, “Unibank”ın loyallıq proqramı olan ƏDV layihəsi kart sahiblərinə əməliyyat zamanı “cashback”, hesabda olan qalığa faiz, xüsusi endirimlər, güzəştlər, mobil bankinqdə əməliyyatlar zamanı bonuslar qazandırır. Bonuslar isə sonda pullara və dəyərli hədiyyələrə çevrilir.

“Unibank”ın kartları aşağıdakı əlavə dəyərləri qazandırır:

- Bütün kartlarda xərclənən pulun 30%-i qədər “cashback”;

- Əmək haqqı, “ALBALI PLUS” kredit və “ALBALI PLUS” debet kartlarında saxlanılan şəxsi vəsaitə illik 6% depozit bonusu;

- Minlərlə partnyor və qeyri-partnyor mağazalarda çoxlu endirim və hədiyyələr;

“Unibank”ın kartları ilə “Unibank Mobile”da aparılan əksər əməliyyatlar bonuslar qazandırdığından, o bonusları pul və hədiyyələrə çevirmək mümkündür.

“Unibank”ın debet kartlarına mədaxili istənilən “Unibank” və “E-manat” ödəniş terminallarında həyata keçirmək mümkündür və məbləğ onlayn rejimdə həmin vaxt kartın balansına yüklənir. Bütün kartlar avtomatik 3D secure xidmətinə qoşulub. Debet kartı istəyə görə manat və yaxud dollar valyutasında sifariş etmək olar. Kartın hansı ödəniş sistemində olmasını seçmək mümkündür. Təcili kart lazımdırsa dərhal filialda “Albalı” debet kart almaq imkanı var.

Kartı onlayn sifariş etmək üçün https://onlineservices.unibank.az/OnlineCardOrder/?lang=az linkindən istifadə etmək və yaxud istənilən “Unibank” filialına yaxınlaşmaq lazımdır.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

Son xəbərlər

Orphus sistemi