​"Unibank" gənclər üçün birhəftəlik kampaniyaya başlayıb

​"Unibank" gənclər üçün birhəftəlik kampaniyaya başlayıb Gənclərə nağd kreditlərə komissiya xərclərinə 50% endirim ediləcək
Maliyyə
2 Fevral , 2015 15:54
​Unibank gənclər üçün birhəftəlik kampaniyaya başlayıb

Bakı. 2 fevral. REPORT.AZ/ "Unibank"ASC Gənclər Günü ilə bağlı bir həftə davam edəcək kampaniyaya başlayıb.

"Report"un banka istinadən verdiyi xəbərə görə, kampaniya 18-35 yaş arası bütün gəncləri əhatə edir.

Gənclər Günü ilə bağlı kampaniya çərçivəsində banka müraciət edən yaşı 18-35 olan müştərilər "Unibank"dan pulsuz Mastercard Standart kartı əldə edə biləcəklər.

Bundan başqa, 20-35 yaş arası hər bir gənc bankın komissiya xərclərinə 50% endirimli nağd kreditlərindən faydalana biləcəklər.

Həmçinin tələbələrə xüsusi imkan yaradılacaq. 18-23 yaş arası gənclər “Gənclər həftəsi” çərçivəsində banka müraciət edərək limiti minimum 100 AZN olan Albalı Plus kartı əldə edə biləcəklər.

Son xəbərlər

Orphus sistemi